“Ermənistanın məscidləri dağıtması əsl vandalizm aktıdır” - İƏT-in Baş katibi

“Ermənistanın məscidləri dağıtması əsl vandalizm aktıdır” – İƏT-in Baş katibi

Baxış sayı: 2. 107 dəfə baxılıb.

 

“Otuz illik işğaldan sonra Azərbaycan torpaqları azad edilib və əsl sahiblərinə qaytarılıb. Bu münasibətlə Azərbaycan Prezidentini və xalqını təbrik edirəm. Bu, bütün İslam dünyasının qələbəsidir. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdən biri olan Azərbaycan öz hüquqlarını bərpa edib. Bu, həqiqətən də tarixi hadisə və zəfərdir”.

Bu sözləri aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin deyib.

O qeyd edib ki, qarşıda böyük yenidənqurma işləri var. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi çox ciddi məsələdir və yenidənqurma işlərini ləngidir.

Baş katib deyib ki, Ermənistan işğal etdiyi ərazilərdə məscidləri də dağıdıb. Bu, əsl vandalizm aktıdır. Bütün beynəlxalq təşkilatlar Qarabağda yenidənqurma işlərini dəstəkləməlidirlər. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bütün səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.