e4745d08-0953-4334-829a-34b421243a08..jpg

Ermənistanın mina cinayəti – VİDEO

Baxış sayı: 1. 117 dəfə baxılıb.

Ermənistanın mina cinayəti – VİDEO

Qarabağın 30 illik işğalı dövründə ermənilər bu torpaqlara yalnız mina toxumu
səpdilər və onların yaratdığı bu problemin həlli, görünür, daha bir neçə on
illər ala bilər.

Bu azmış kimi, Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verməməsi həm
vətəndaşlarımızın ölümünə, yaralanmasına səbəb olur, həm də Qarabağın doğma
sakinlərinin öz torpaqlarına qayıdışı prosesini çətinləşdirir. Üstəlik, mövcud
problem regionda sülh və yenidənqurma məsələlərinə də əngəl olur.

Qeyd edək ki, Vətən müharibəsindən sonra azad edilən ərazilərdə mina
partlaması nəticəsində indiyə qədər 30-dan çox mülki şəxs həyatını itirib,
200-dən çox soydaşımız isə yaralanıb.
Bu onu göstərir ki, 30 il ərzində bu torpaqlarda daşı daş üstündə qoymayan
Ermənistan işğal bitdikdən sonra da müharibə cinayətlərini davam etdirmək
niyyətindədir. Təkcə bu fakt mina xəritələrinin Azərbaycana təqdim edilməsi
üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsinə kifayət edir.

Ermənistanın mina cinayəti “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə
konvensiyalarının, həmçinin BMT-nin qəbul etdiyi “Piyadalara qarşı minaların
tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi
haqqında” Konvensiyanın müddəalarının kobud şəkildə pozulması deməkdir.

Başqa sözlə desək, onsuz da öz daxili problemlərinin içərisində boğulan İrəvan
hökuməti qonşularla normal əlaqələri bərpa etmək əvəzinə bölgədə təxribatlara
cəhd etməklə məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranış nümayiş etdirir.
Bu cür davranış isə tərəflər arasında onsuz da zəif olan etimad mühitinə heç də
yaxşı nəticələr vəd etmir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link