9256905b-e25e-4b9d-88a6-ce97b9d349fb..jpg

Ermənistanın mina terrorunun qurbanları AŞPA prezidenti ilə görüşmək istəyiblər, ancaq o razılaşmayıb

Baxış sayı: 450 dəfə baxılıb.

Ermənistanın mina terrorunun qurbanları AŞPA prezidenti ilə görüşmək
istəyiblər, ancaq o razılaşmayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks
Azərbaycanda olarkən mina qurbanları ilə görüşməyi təklif etdik. Ancaq o
razılaşmadı”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanda Minadan Zərərçəkənlərin
Assosiasiyası İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu mina qurbanlarının,
bu sahədə fəaliyyət göstərən QHT-lərin AŞPA prezidentinə açıq məktub
ünvanlaması ilə bağlı keçirilən tədbirdə səsləndirib.

Onun sözlərinə görə, təəssüf ki, dünya Azərbaycanın mina problemini görməzdən
gəlir:

“Bu münasibəti 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də
gördük. Müəyyən təzyiqlər altında Ermənistan mina xəritələrini versə də, onlar
dəqiq deyildi. Bunun nəticəsində də mülki insanlar, uşaqlar, qadınlar
həyatlarını itirirlər. Ermənistan mina terroruna son qoymağa çağırılmalıdır”.

Source link