Ermənistanın mülki əhaliyə və hərbçilərə dronlardan keçirdiyi təlimlərin
görüntüləri yayılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi
cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni
faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinq zamanı
bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub.
Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla
hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki
obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror
tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.
Brifinqə qatılan şəxslər antiterror tədbirlərindən sonra ərazidən müsadirə
edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan
sursatlar və minaların nümunələri ilə tanış olublar.