Ermənistanın Naxçıvanla sərhəddə tikdirdiyi metallurgiya zavodu başqa yerə
köçürülür
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar rayonunun Arazdəyən
bölgəsində tikilməkdə olan metallurgiya zavodu köçürülür.
Bu barədə Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyası “X” sosial
şəbəkə hesabında bildirib.
Qeyd olunub ki, “Aİ missiyası avadanlıqların başqa yerə təhlükəsiz
köçürülməsinə töhfə verir”.
Xatırladaq ki, Azərbaycan tərəfi metallurgiya istehsalının əhaliyə və ətraf
mühitə zərər yetirəcək təhlükəli emissiyalara səbəb ola biləcəyini dəfələrlə
bəyan edib.