a819b3da-e090-4946-aabf-9de1f55feebd..jpg

Ermənistanın Qarabağa qanunsuz silah-sursat daşımasının görüntüləri – VİDEO

Baxış sayı: 806 dəfə baxılıb.

Ermənistanın Qarabağa qanunsuz silah-sursat daşımasının görüntüləri – VİDEO

“Caliber” hərbi dairələrdəki mənbələrindən Ermənistandan Azərbaycanın Qarabağ
iqtisadi rayonuna, dünən toqquşmaların baş verdiyi yerə
(Xankəndi-Xəlfəli-Turşsu) dolama qrunt yolu ilə silah, sursat və yanacağın
daşınmasına dair videosübut əldə edib.

Gördüyümüz kimi, daşınma gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə
nəqliyyatın hərəkəti müşahidə olunur. Belə ki, əgər ilk saniyələrdə Xankəndidən
Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə nəqliyyat
vasitələri Ermənistandan Xankəndiyə doğru hərəkət edir. 46-cı saniyədən isə
yenə Xankəndidən Ermənistana doğru hərəkət var.

Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında
yeganə əlaqə yolu Laçın yoludur və o, mülki yüklərin, həmçinin mülki şəxslərin
daşınmasına xidmət etməlidir. Ona görə də Bakı bu yol boyu rabitənin
təhlükəsizliyinə zəmanəti öhdəsinə götürüb.

Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətindən əl çəkmir və
Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini qaçaqmalçılıq yolu ilə
təchiz etməkdə davam edir ki, bunun nəticəsində dünən hərbçilərimiz həlak
olublar.

Source link