Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan iki ay müddətinə həbs olunub.
ÇıxışYolu.Com-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, avqustun 11-də məhkəmə xüsusi istintaq xidmətinin H.Abramyana qarşı ehtiyat tədbiri seçilməsinə dair vəsatətini təmin edib.
İttihama əsasən, Hovik Abrahamyan qeyri-qanuni yolla əldə etdiyi, Ambik Qevorqyanın adına rəsmiləşdirilmiş, əslində isə qardaşı Ovik Abramyana aid xeyli sayda silah və döyüş sursatını Mxçyan kəndində yerləşən mexaniki təmir-bərpa zavodunda saxlayıb.
Avqustun 6-da aparılmış axtarış zamanı həmçinin 3 pulemyot, “AK-74” markalı 7 avtomat, 2 ədəd “SVD” snayper, müxtəlif tipli 3 tüfəng və bir xeyli patron aşkarlanıb.