Yerevan məhkəməsi Ermənistanın sabiq müdafiə naziri Mikael Aryutyunyanın həbsinə sanksiya verib.
ÇıxışYolu.Com Rusiya mətbuatına istinadla xəbər verir ki, o, 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə əlaqədar başlanmış cinayət işi üzrə axtarışda idi.
Xatırladaq ki, 2008-ci ilin fevralında prezident seçkilərində Serj Sarqsyana məğlub olan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları fevralın 20-dən Yerevanın mərkəzində mitinqlər təşkil etmişdilər.
Sonradan mitinqlər martın 1-2-də asayiş keşikçiləri ilə toqquşmalarla davam etdi. Nəticədə 10 nəfər həlak oldu, 200 nəfər isə yaralandı.
Məhz bu hadisələrə görə general-polkovnik Aryutyunyanı həbs etmək haqqında qərar verilib.