5beddb56-17e9-4a9f-ad3d-59db118f2bd5..jpg

Ermənistanın siyasi iradəsizliyi: Zəngəzur dəhlizinin açılmasına maneələr yaradılır – VİDEO

Baxış sayı: 540 dəfə baxılıb.

Ermənistanın siyasi iradəsizliyi: Zəngəzur dəhlizinin açılmasına maneələr
yaradılır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan
biri də nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi səyləridir.

Lakin bu istiqamətdə əsas rola malik olan Zəngəzur dəhlizi layihəsi region
üçün geniş perspektivlər vəd etsə də, Ermənistanın siyasi iradəsizliyi dəhlizin
açılmasına maneələr yaradıb.

Alternativ olaraq da Xınzirək yolu və Pəmbək dəhlizi kimi təkliflər irəli
sürülüb. Bəs bu yollar Zəngəzur dəhlizinə nə qədər alternativdir və
ümumiyyətlə, regional inkişaf baxımından hansı yol daha əlverişlidir?

Hərbi ekspert Azər Bayramov bildirib ki, Pəmbək və Xınzirək yollarının əsas
hissəsi dağlıq ərazidən ibarət olduğu üçün bu yollardan istifadə qış fəsli üçün
əlverişli deyil. Bu baxımdan ən əhəmiyyətli dəhliz Ağbənd-Mehri və Naxçıvan
istiqamətlərini əhatə edən və ilin bütün fəslində işlək olan Zəngəzur
dəhlizidir:

“Bu ərazidən yüklərin daşınması təkcə avtomobillə deyil, dəmir yolu xətti ilə
də mümkündür. Belə hesab edirəm ki, bu xəttin açılması nəinki Azərbaycan və
Türkiyə, eyni zamanda Ermənistan üçün də ciddi əhəmiyyət kəsb etməlidir”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link