2020-ci il oktyabrın 28-də Azərbaycanın iki yaşayış məntəqəsi Ermənistan
silahlı qüvvələri tərəfindən raketlərlə vurulur.
Cixisyolu.com xatırladır ki, müharibə cinayətləri törətməkdə davam edən Ermənistan
silahlı qüvvələri saat 10:15-də “Smerç” yaylım atəşli reaktiv sistemindən
Tərtəri atəşə tutur. Bombardman böyük dağıntılara səbəb olur.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri 29
oktyabra qədər Tərtər rayonu ərazisinə 15 500 mərmi atıb. Nəticədə 133 ev
tamamilə dağıdılıb, 873 ev, həmçinin 14 məktəb, üç xəstəxana və 18 dövlət
binası ziyan görüb.
Oktyabrın 28-də saat 13:56-da Ermənistan silahlı qüvvələri Bərdədə dinc
sakinləri yenidən “Smerç” raketləri ilə atəşə tutur.
Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin
sıx yaşadığı yerlərə qadağan olunan kasetli bombalardan istifadə olunmaqla
zərbələr endirilməsi nəticəsində, aralarında uşaq və qadınlar da olmaqla, 21
nəfər həlak olur, 83 nəfər isə xəsarət alır.
Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə,
yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyir.
dörd il ötür
Ermənistanın Tərtər və Bərdəni raketlərlə vurmasından dörd il ötür
Təbii ki, bütün bunlar Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə
məhəl qoymadığını, cinayətkar xislətindən əl çəkməyəcəyini bir daha nümayiş
etdirdi.