37f996e1-8a2b-4fe7-9533-8914b77a6161..jpg

Ermənistanın təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlandı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 689 dəfə baxılıb.

Ermənistanın təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları
açıqlandı – YENİLƏNİB + VİDEO

Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin
adları açıqlanıb.

Bunlar Artur Avetisi Saakyan (1999-cu il təvəllüdlü), Mkrtiç Armeni Arutyunyan
(1989-cu il təvəllüdlü), Henrik Vaçaqani Koçaryan (1997-ci il təvəllüdlü) və
Narek Qagiki Sarkisyandır (1994-cü il təvəllüdlü).

Qeyd edək ki, təxribat nəticəsində daha 6 erməni hərbçi yaralanıb.

20:53

Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin sayı
artıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təxribat nəticəsində 4 nəfər məhv edilib, 6 nəfər yaralanıb.

18:01

Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində üç erməni əsgəri məhv
edilib.

Bu barədə erməni mənbələri xəbər veriblər.

Bildirilir ki, çoxsaylı yaralılar da var, ancaq onların dəqiq sayı
açıqlanmayıb.

Yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Gozalyanın
olduğu vurğulanıb. Hazırda onun əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus
rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan
Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı
silahlardan intensiv atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin törətdiyi
təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və
yaralanıb.

Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.


Source link