Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “İnterfaks” siyasi dairələrdən olan mənbələrə istinadən məlumat yayıb.
Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan, Nalbandyanın ezamiyyətdə olduğunu təsdiq etsə də, konkret olaraq hansı ölkəyə yollandığını dəqiqləşdirməyib.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin erməni həmkarına zəng edərək, Ermənistandakı vəziyyəti müzakirə edib.