Ermənistan prezidenti Armen Sarkisyan bu ölkənin BMT yanındakı daimi nümayəndəsi Zoqrab Mnaçakyanı xarici işlər naziri təyin edib.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə fərman prezident administrasiyasının saytında yerləşdirilib.
Mnaçakyan 2008-ci ildən ölkənin xarici işlər naziri olmuş Edvard Nalbandyanı əvəz edəcək.