İrəvan Minskdəki səfirini geri çağırıb, Paşinyan isə Lukaşenkodan üzr istəməsini tələb edib.
Ermənistan Belarusdakı səfiri məsləhətləşmələr üçün İrəvana çağırılıb.
Bu barədə məlumat verən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkodan Qarabağ müharibəsi ilə bağlı dediyi sözlərə görə üzr istəməsini tələb edib.
Paşinyan bildirib ki, Aleksandr Lukaşenko Belarusun rəhbəri olduğu müddətdə heç vaxt Belarusa getməyəcək. Bu qərara səbəb kimi, o, Aleksandr Lukaşenkonun 44 günlük müharibənin hazırlanmasında iştirak etdiyini, “Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını” söylədiyi fikri göstərib.