Erməniyə qalib gələn cüdoçumuz gümüş medal qazandı – VİDEO

Erməniyə qalib gələn cüdoçumuz gümüş medal qazandı – VİDEO

Baxış sayı: 5. 592 dəfə baxılıb.

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub.

ÇıxışYolu.Com xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı avstraliyalı Ceyk Benstedi, tacikistanlı Bəhruz Xocazodanı, ermənistanlı Ferdinand Karapetyanı məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edən idmançımız finalda yaponiyalı Şohei Ono ilə qarşılaşıb. Yaponiyalı idmançı üstün olduğundan cüdoçumuz turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, Rüstəm Orucov finala qədər Avstraliya, Tacikistan, Ermənistan və Almaniya təmsilçilərinə qalib gəlib.

www.ÇıxışYolu.Com