Erməniyə qalib gəlmiş cüdoçumuz AÇ-də “gümüş” qazandı

Baxış sayı: 2. 786 dəfə baxılıb.

Erməniyə qalib gəlmiş cüdoçumuz AÇ-də “gümüş” qazandı

Macarıstanda 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir. 

ÇıxışYolu.Com xəbər verir ki, mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. 

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Məmmədov yalnız final görüşündə uduzaraq qitə birinciliyinin gümüş medalını qazanıb. Bosniya və Herseqovina, Ermənistan, Almaniya, Gürcüstan və İtaliya idmançılarına qalib gələn Azərbaycan cüdoçusu həlledici qarşılaşmada Kosovo təmsilçisinə məğlub olaraq ll yeri tutub. 

Qeyd edək ki, Avropa birinciliyinin ilk günü cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.

www.ÇıxışYolu.Com