559687ae-7db0-458a-930f-5d6a3a346e4e..jpg

Ersin Tatar: “Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlərin qurulması bizim də haqqımızdır”

Baxış sayı: 627 dəfə baxılıb.

Ersin Tatar: “Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlərin
qurulması bizim də haqqımızdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Önümüzdəki illərdə Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də
münasibətlərin qurulması və inkişaf etdirilməsi bizim də haqqımızdır”.

“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti
Ersin Tatar ADA Universitetində tələbələrlə görüşdə çıxışı zamanı deyib.

Prezident Şimali Kiprin tarixi barədə danışarkən bildirib ki, bu ölkənin
zəngin tarixi, mədəniyyəti ilə tanış olmaq üçün istər uzaq Amerikadan, istərsə
də Afrikadan və bir sıra başqa ölkələrdən turistlər oraya səfərlər edirlər:

“Şimali Kipr çətin coğrafiyada yerləşən, qədim tarixi olan, ağır
müharibələrdən keçmiş və bu gün də mübarizəsini davam etdirən bir adadır”.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk
öndərliyində türk ordusu istiqlal savaşında Şimali Kiprdə azadlıq mübarizəsi
apararkən bir çox şəhidlər verib:

“Bizim Türkiyə ilə qırılmaz bağlarımız var. Bu gün Şimali Kiprin mövcudluğuna
zamin olan ölkə də Türkiyədir”.

“Yunan Kiprinin müstəqilliyi tanınıb və buradakı yunan vətəndaşlar heç bir
sanksiyalara məruz qoyulmurlar. Lakin bunun əksinə, Şimali Kiprdə məzlum türk
xalqı illərdir sanksiyalara məruz qoyulur. Burada da qlobal arenada ikili
standartlara məruz qalan, sadəcə, kiprli türklərdir”, – prezident xatırladıb.

E.Tatar vurğulayıb ki, Azərbaycanla eyni millətin övladları olaraq onların
taleyi, kədəri və sevinci birdir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin
qardaşlığı xalqlarımızı bir-birinə daha da sıx bağlayır. Ana vətənimiz
Türkiyənin dəstəyi ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilmişik.
Qardaş Azərbaycanın da dəstəyi ilə bundan sonra regionda siyasi
münasibətlərimizin daha da genişlənəcəyinə, siyasi, iqtisadi, sosial, mədəni və
bir sıra sahələrdə iş birliklərinin daha da inkişaf etdiriləcəyinə inancımız
tamdır. Önümüzdəki illərdə Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də
münasibətlərin qurulması və inkişaf etdirilməsi bizim də haqqımızdır”.

Source link