2a6a2298-1db3-4ff9-86e8-f521adfc7810..jpg

Ersin Tatar Şuşaya gedəcəyindən danışdı: “İlham Əliyevə təşəkkür edirəm” – VİDEO

Baxış sayı: 558 dəfə baxılıb.

Ersin Tatar Şuşaya gedəcəyindən danışdı: “İlham Əliyevə təşəkkür edirəm” –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşaya səfərə dəvət olunduğum üçün xalqım adından və şəxsən öz adımdan İlham
Əliyevətəşəkkür edirəm”.

Bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Baku TV-yə
söyləyib.

O, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən danışıb.

“Üç ay əvvəl Bakıya səfərim zamanı İlham Əliyev Türkiyə ilə Azərbaycan
arasındakı bağların daha da gücləndiyini, Qarabağ Zəfərindən sonra yeni bir
eranın başladığını vurğulamışdı. Münasibətlərimiz tək millət üç dövlət
səviyyəsindədir. Bizim keçmişimiz, taleyimiz birdir. Bir-birimizə daim dəstək
olmalıyıq. Bu fikirləri görüşümüz zamanı İlham Əliyev də ifadə etmişdi. Türkiyə
hər zaman Azərbaycanın yanındadır. 44 günlük Vətən müharibəsi də buna
nümunədir”, – deyə o bildirib.

Həmçinin, Ersin Tatar Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik
edib.


Source link