Ərzaqlıq buğda ilə bağlı kredit fürsətlərindən kimlər yararlana biləcəklər? –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ərzaqlıq buğda ilə bağlı kreditlərə dövlət zəmanəti veriləcək.
Bu barədə İTV süjet hazırlayıb.
Bildirilib ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan kreditlərə dövlət
zəmanəti ilə yanaşı faiz subsidiyası da veriləcək.
Qeyd edək ki, bu fürsətdən yararlanmaq üçün bəzi şərtlər var.
Belə ki, ilk növbədə bir layihə üzrə kreditin məbləği 3 000 000 manatdan çox
olmamalıdır. Müasir suvarma sistemlərinin müəyyən olunan satış qiymətlərinin
minimum 20 faizi həcmində sahibkar ilkin ödəniş etməlidir. Eyni zamanda
fermerin götürdüyü kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı,
kreditin müddəti isə beş ildən çox olmamalıdır.
Mövzu ilə bağlı ətraflı süjeti təqdim edirik: