83f09045-6460-4607-b805-cbbcf21cd360..jpg

Erzurumda dəhşətli tornado evlərin damını göyə uçurdu – FOTO/ANBAAN VİDEO

Baxış sayı: 550 dəfə baxılıb.

Erzurumda dəhşətli tornado evlərin damını göyə uçurdu – FOTO/ANBAAN VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Erzurum vilayətində tornado binaların dam örtüyünü uçurub, ağacları
kökündən çıxarıb və elektrik dirəklərini aşırıb. Nəticədə ərazidə elektrik
enerjisinin verilişində fasilələr yaranıb.

Bu barədə Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarəedilməsi Agentliyi
(AFAD) xəbər yayıb.

Qurumdan verilən məlumata görə xəsarət alan olmayıb.

“Söyütlü məhəlləsində yeddi ev, bir məktəb, üç istixana, üç nəqliyyat vasitəsi
və bir sıra təsərrüfata ziyan dəyib. Pasinler mahalının Gölciğez və Kevənlik
məhəllələrində də qasırğa baş verib. Xəsarət alan olmayıb, ancaq evlərə ciddi
maddi ziyan dəyib”, – deyə məlumatda vurğulanıb.

Yerli sakinlər sosial şəbəkələrdə tornadonun fəsadları ilə bağlı görüntülər
yayıblar.

Mənbə: TRT Haber


Source link