Əsəd Şirinov: “Qarabağda su təchizatı ilə bağlı dörd fərqli layihəmiz var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 25-30%-i Qarabağ
ərazisindədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində
jurnalistlərə açıqlamasında bildirib.
“İşğal dövründə hidrotexniki qurğularımız vandallığa məruz qalıb. İndi onları
bir-bir təmir edirik. Ağdamdakı Xaçınçay, Tərtərdəki Suqovuşan və Füzulidəki
Köndələnçay su anbarlarının təmir-bərpa işləri tamamlanıb. Növbəti dövrdə
Ağdərədəki Sərsəng su anbarının təmir-bərpa işlərinə başlanacaq. Bundan əlavə,
dörd fərqli layihəmiz var”, – Ə.Şirinov qeyd edib.
Onun sözlərinə görə, Qarabağdakı bolsulu çaylardan istifadə edilərək yeni su
anbarları inşa ediləcək:
“Beləliklə, Qarabağın suyunun həm də Aran zonasında istifadəsinə nail
olacağıq”.