1e64797d-2d85-40a0-942a-cd735f0f99bb..jpg

Əsgərin ölümünə görə həbsdə olan keçmiş polis yenidən kassasiya şikayəti verdi

Baxış sayı: 580 dəfə baxılıb.

Əsgərin ölümünə görə həbsdə olan keçmiş polis yenidən kassasiya şikayəti verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində
təqsirləndirilən Vaqif Novruzovun barəsindəki hökmdən yenidən kassasiya
şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin
Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası
oktyabrın 26-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan
məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı
Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib,
birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə
saxlanılıb.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş
verib. Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı
avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların
əsgəri Rövşən Alxasovu vurub. R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və
həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Daha
sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol
hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə
ittiham irəli sürülüb.

Source link