b1d0f839-2693-4c70-a2a5-568281560932..jpg

Əsir hərbçilərimizin valideynləri ilə danışmalarının təfərrüatı: “Ana, evə gələndə nə alım?” – FOTO

Baxış sayı: 538 dəfə baxılıb.

Əsir hərbçilərimizin valideynləri ilə danışmalarının təfərrüatı: “Ana, evə
gələndə nə alım?” – FOTO

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan
iki Azərbaycan vətəndaşına yenidənbaş çəkiblər .

“Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb.
Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və
saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa
etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun
olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə
paylaşılır”, – deyə məlumatda bildirilir.

Modern.az əsirlərin yaxınları ilə əlaqə saxlayıb və onlar məlumatı təsdiq
ediblər.

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun
anası Şəlalə Axundova saytımıza açıqlamasında telefon danışığının dünən baş
tutduğunu bildirib.

“Dünən danışdıq. Adi zənglə danışdıq. Dedi – “yaxşıyam, inşallah, tezliklə
vətənə gələrəm. Dua edin ki, evimizə gəlim”. 2-3 kəlmə mənimlə və bacısı ilə
danışdı. Soruşdu ki, “necəsiniz? Qardaşım necədir? Salam de, ona de sizə yaxşı
baxsın”. Bacısı ilə danışdı, o da ağladı, bacısı da. Dedi – “dua edin,
darıxmayın”.

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da oğlu ilə danışıb, az da olsa,
sevindiyini bildirib.

“Görüntülü danışmadıq, təəssüflər olsun ki, səsli danışdıq. Deyirlər, iki dəfə
danışmısınız, çəkib paylaşmısınız. Problem yaratdılar, bizə görüntülü şəkildə
göstərmədilər. Ana balasının səsini eşidəndə az da olsa rahatlayır. Əsas odur,
balalarımızı qaytarsınlar. Gecəmiz, gündüzümüz göz yaşıdır. Həmişəki kimi
oradan deyir ki, “ana yaxşıyam, siz yaxşı olun”. Zarafat da elədi ki, “ana, evə
gələndə nə alım?” – anasının üzü gülsün deyə. Mən ümid edirəm, tez qayıdarlar.

Şükür səsi yaxşı gəlirdi. Dedi – “siz yaxşı olun, mən yaxşıyam. Burada
köməklik edirlər, gələcəyəm”. Rahat danışdı, bizi də rahatlaşdırdı. Dedi –
“bacımın yanında ağlamayın, uşaqdır, pis olar”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla
sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən
Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil
oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan
tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz
keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunublar, onlar həbs
ediliblər. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə
yetirməkdə” də təqsirləndirilir.

Source link