7188d375-9bdd-4529-a9fd-2362e54564b5..jpg

Əsirlikdən azad edilən Aqşin və Hüseyn xəstəxanaya yerləşdiriliblər – YENİLƏNİB + VİDEO

Baxış sayı: 471 dəfə baxılıb.

Əsirlikdən azad edilən Aqşin və Hüseyn xəstəxanaya yerləşdiriliblər –
YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov artıq
xəstəxanaya yerləşdirilib.

Bu barədə Baku TV-nin əməkdaşı bildirib.

“Səkkiz aylıq əsirlikdən sonra onların müayinə olunması, tibbi müayinədən
keçməsi zəruri idi və onlar xəstəxanaya yerləşdirilərək tibbi müayinədən
keçəcəklər. Üç günlük tibbi müayinədən sonra isə onların ailəsi ilə görüşü
təyin olunacaq, evə buraxılacaqlar”.

13.12.2023, 21:10

Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan
arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsibaş
tutub .

Baku TV əldə olunan razılaşmalar nəticəsində azad olunan Hüseyn Axundov və
Aqşin Bəbirovun evinə yollanıb.

Canlı yayımı təqdim edirik:

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və
Ermənistan Respublikası Baş nazirinin Aparatı bu ilin dekabrın 7-də birgə
məlumat yayıblar .

Bildirilib ki, tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm
prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında
qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin,
Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə
razılıq əldə edilib.

Razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan
Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar
nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib.


Source link