Ekspert: Saytlarının hücumlardan müdafiəyə ehtiyacı var

Ekspert: Saytlarının hücumlardan müdafiəyə ehtiyacı var

Baxış sayı: 2. 167 dəfə baxılıb.

Bakıda informasiya təhlükəsizliyi məsələləri ilə bağlı konfrans öz işinə başlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, “Axoft” təhlükəsizlik məsələləri üzrə şirkətin direktoru Aleksandr Tvaradzenin sözlərinə görə, son illər Azərbaycan saytlarına hücumlar çoxalıb və bu resursların müdafiəyə ehtiyacı var. 

“Əgər Bakıda dövlət saytlarının təhlükəsizliyi güc strukturlarının nəzarəti altındadırsa, kommersiya saytları analoji müdafiədən məhrumdur. 

Bu səbəbdən biz WAF sistemini təqdim edirik”, – o deyib. 

Ekspertin sözlərinə görə, konfransın məqsədi şirkətlərə təhlükəsizliklə bağlı yeni nailiyyətləri nümayiş etdirməkdir. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com