23ef5ef4-c463-4efd-87af-66789f97ef34.jpg

Esmiranın dəstəyə ehtiyacı var: “Ağrıkəsicilərimi belə borcla alırıq”

Baxış sayı: 226 dəfə baxılıb.

38 yaşlı Esmira Məmmədovanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun özü məlumat verib.

O bildirib ki, 17 yaşından böyrək çatışmazlığından əziyyət çəkir.

“Tam 20 ildir ki, dializ aparatına qoşuluram. Ötən il həkimlər təcili
böyrəkköçürmə əməliyyatına ehtiyac olduğunu dedilər. Yeddi ay əvvəl xalam oğlu
mənə donorluq edərək böyrəyini verdi. Əməliyyat dövlət tərəfindən tam
təmənnasız edildi. Əməliyyatdan sonrakı müddətdə isə lazım olan dərmanları anam
borc-xərclə alıb, hazırda müalicələri qarşılamağa gücümüz yoxdur”.

Esmira Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib.

“Nə bacım, nə qardaşım var ki, mənə dəstək olsunlar. Tək qardaşım var idi, bir
neçə il əvvəl onu da itirdik. Anam yaşlı qadındır, işləyə bilmir. Ancaq
borc-xərclə mənə ağrıkəsici alıb vurdura bilir. Hazırda immunitetim düşdüyü
üçün bədənimdə infeksiyalar artıb. Həkimlər təcili vaksin vurdurmalı olduğumu
deyiblər. Vaksinin bir dozası 250 manatdır, mən isə bu vaksini üç dəfə
vurdurmalıyam. Amma bunun üçün imkanım yoxdur. İnanın, yenidən əvvəlki
günlərimə qayıtmaqdan çox qorxuram. Yardımsevər şəxslərdən mənə dəstək olmağı
xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 372-35-92.

“Beynəlxalq Bank”: 5522 0993 6618 1402

Source link