23c18fdc-a637-43f8-a570-f000febb729f..jpg

“ESN4Culture: Azerbaijani Culture and Art Festival” layihəsi başa çatıb – FOTO

Baxış sayı: 572 dəfə baxılıb.

“ESN4Culture: Azerbaijani Culture and Art Festival” layihəsi başa çatıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi,
Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İB-nin təşkilatçılığı və Azərbaycan Mədəni
İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İB-nin tərəfdaşlığı ilə Bakı
şəhərində “ESN4Culture: Azerbaijani Culture and Art Festival” adlı mədəniyyət
və incəsənət festivalı təşkil olunub.

Festivalı giriş sözləri ilə açan Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İB-nin
sədri Əli Tağıyev festival iştirakçılarını salamlayıb, sözügedən tədbirin
ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Azərbaycan mədəniyyəti və incəsənəti
ilə yaxından tanış olmalarına imkan yaradacağını və mədəniyyətlərarası dialoqa
təkan verəcəyini bildirib.

Ümumilikdə 200-dən çox əcnəbi tələbənin qatıldığı layihədə milli mədəniyyət və
incəsənət nümunələrinin, o cümlədən Azərbaycan kulinariyası, musiqisi,
rəqsləri, qədim adət-ənənələrinin tanıdılması istiqamətində sərgilər, guşələr,
milli nahar və intellektual oyun təşkil olunub.

Festival zamanı sözügedən layihə çərçivəsində baş tutmuş əcnəbi tələbələr
arasında Azərbaycan haqqında intellektual oyunun qaliblərinə sertifikatlar və
hədiyyələr təqdim edilib. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti və Bakı Xoreoqrafiya Akademiyasının tələbə və müəllimlərinin
ifasında milli musiqi və rəqslər ilə başa çatıb.

Source link