13826db8-c01b-4416-83ff-d52c395e6851..jpg

Eşton Katçer Hollivud ulduzu Demi Mura qəzəbindən danışdı – FOTO

Baxış sayı: 1. 022 dəfə baxılıb.

Eşton Katçer Hollivud ulduzu Demi Mura qəzəbindən danışdı – FOTO

Aktyor Eşton Katçer keçmiş həyat yoldaşı, aktrisa Demi Murun memurlarına görə
ona qəzəbli olmasından və bunun ailə həyatına mənfi təsirindən danışıb.

Söhbət Murun 2019-cu ildə aktyorla həyatının bəzi təfərrüatlarını açıqladığı
“Inside Out” adlı kitabından gedir.

“Mən həddindən artıq qəzəbli idim”, – deyə Kutçer kitab haqqında danışarkən
bildirib.

Qeyd edək ki, Kutçer və onun hazırkı həyat yoldaşı aktrisa Mila Kunis
evliliklərinə baxmayaraq uzun müddət təcrid hissini qoruyub saxlayıblar. Cütlük
hətta 2015-ci ildə nikah mərasimlərinin baş tutmasına baxmayaraq, 2017-ci ilə
qədər “qırmızı xalı”ya birgə çıxmamışdılar.

“Nəhayət, mətbuatın həqiqətən məni və Milanı, həyatımı və ailəmi tək buraxdığı
qənaətinə gəlmişdim ki, ertəsi gün (paparasilər) mənim uşaqlarımın məktəbində
göründülər”, – deyə Katçer həmin vaxt yaşadıqlarını danışıb.

Lakin aktyor söhbəti çox uzatmayıb və artıq heç bir narazılığının olmadığını
vurğulayıb.

Mənbə: Esquere

Source link