Estoniyanın Pılvas rayon bələdiyyəsi Estoniya dövlət kargüzarlıq xidmətinə çətən yarpağının təsvir olunduğu yeni gerbin eskizini göndərib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Postimees” məlumat yayıb.
Kargüzarlıq orqanı eskizdə hər hansı nöqsan aşkarlamasa, aprel ayının ortalarında yeni gerb təsdiq olunacaq.
Kanepi qəzası çətənə təsərrüfatı ilə tanınır. Qəzanın adı elə tərcümədə “çətənəli” anlamına gəlir.
Çətənə yarpağı artıq uzun müddətdir ki, bölgənin qeyri-rəsmi simvolu hesab olunur.