Estoniya kanalı yenidən qurulan Füzulidən süjet hazırlayıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Artıq başa çatmaq üzrə olan il azərbaycanlı keçmiş məcburi köçkünlərin
Qarabağa qayıtması ilə nəticələndi və Azərbaycan bu bölgəyə nəzarəti tam bərpa
etdi”.
Bu sözləri Füzuli şəhərində aparılan yenidənqurma işləri ilə tanış olan və
orada çəkiliş aparan Estoniyanın ERR milli teleradio yayım şirkətinin
jurnalisti Anton Alekseyev deyib.
“Füzuli 2020-ci ilin payızında azad edildi. Biz işğaldan altı ay sonra
operator Kristya Svirqsden ilə bura gələndə şəhər xarabalıqdan ibarət idi. Bu
gün isə Füzuli sıfırdan yenidən qurulur”, – deyə jurnalist vurğulayıb.
O bildirib ki, vaxtilə doğma şəhərini tərk etmək məcburiyyətində qalan mindən
çox insan artıq Füzuliyə qayıdıb.
Öz növbəsində estoniyalı jurnalistlərə müsahibə verən Azərbaycan Prezidentinin
Qarabağ üzrə xüsusi nümayəndəsinin müşaviri İslam Əmirxanov bildirib ki,
hələlik dövlət məcburi köçkün olmuş füzulililərin doğma yurduna
məskunlaşdırılmasına üstünlük verir.
“Daha sonra, təbii ki, istənilən şəxsin buraya köçmək hüququ olacaq. Amma indi
prioritet Füzuli sakinlərinə verilir”.