Estoniyanın prezidenti Kersti Kalyulay dövlət başçısı İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.
ÇıxışYolu.Com xəbər verir ki, məktubda deyilir:
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolunda birgə çalışmağa davam edəcəyik.
Mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycan Respublikasının və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.