25ff31f0-c469-4ae4-be72-7cfb8a5bd035..jpg

Estoniya millisinin baş məşqçisi: “Bu, rəqiblərə hörmət etmədiyimizi göstərir”

Baxış sayı: 467 dəfə baxılıb.

Estoniya millisinin baş məşqçisi: “Bu, rəqiblərə hörmət etmədiyimizi göstərir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya,
Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir”.

“Report”un məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas
Heberli Azərbaycan millisinə 0:2 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə
mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis azarkeşlərin onları fitə basmasından narazılığını
bildirib:

“Düşünürəm ki, gözləntilər və reallıq tarazlıqda deyil. Komandamız sona qədər
“döyüşdü”. Amma haradan gəldiyimizi düşünməliyik. Biz bunu qəbul edib,
təvazökar olmalıyıq. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik”.

Source link