36ec3650-e408-4e4b-86de-a8f4c0770fe5.jpg

Estoniya Xarici İşlər Nazirliyi rusiyalı diplomata nota verdi

Baxış sayı: 177 dəfə baxılıb.

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın respublikadakı müvəqqəti işlər
vəkili Lenar Salimullini çağırıb və ona Narva çayının farvateri boyu (su
məkanının kifayət qədər dərin və gəmilərin keçməsi üçün təhlükəsiz hissəsi –
red.) sərhədin keçməsi ilə bağlı Moskvanın mövqeyi ilə razılaşmadığına dair
nota təqdim edib.

Bu barədə Cixisyolu.com ERR portalına istinadən xəbər verir.

Bildirilir ki, vəkilin çağırılmasına səbəb, Estoniya hakimiyyətinin
iddialarına əsasən, bu ilin mayında Rusiya tərəfinin sərhəd şamandıralarını
(buoy – red.) yığışdırması olub.

“Onilliklər ərzində indiyə qədər mövcud olan təcrübəyə əsasən, hər iki tərəf
farvaterin hazırkı kursu (istiqaməti – red.) və buna müvafiq olaraq da Estoniya
və Rusiya arasında müvəqqəti nəzarət xəttinin yerləşməsi ilə razılaşmışdılar.
Bundan əlavə, bu, Narva çayında bütün gəmilər üçün aydın və təhlükəsiz hərəkət
zonaları yaratmağa imkan vermişdi”, – deyə Estoniya Xarici İşlər Nazirliyinin
bəyanatında bildirilib.

Tallin iddia edir ki, farvaterin dəqiqləşdirilməsi üçün Moskva çayın dibini
ölçməkdən imtina edib. Müəlliflər qeyd ediblər ki, ölkələr, görünür, Estoniya
və Rusiya arasında nəzarət xəttinin əsasını təşkil edən farvaterin istiqaməti
ilə bağlı müxtəlif anlayışlara malikdirlər.

Source link