Ət xalının yandırılması xərçəng yaradır? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son zamanlar Azərbaycanda papillomavirusa təmas yolu ilə yoluxma hallarının
artdığı müşahidə olunur.
İddialara görə, bu infeksion yoluxma gələcəkdə onkoloji xəstəliklərə səbəb ola
bilər.
Bəs bu xəstəliyin düzgün müalicəsi necədir?
Həkim Adil Qeybulla bildirib ki, dəridə olan xırda papillomalar adətən
yandırılaraq götürülür:
“Ən təhlükəlisi qadınlardadır. Qadınlarda uşaqlıq boynunu zədələyir və uşaqlıq
boynu xərçəngini törədir”.
Həkim Məlahət Qəhrəmanova isə qeyd edib ki, papillomavirusunu təbii üsullarla
da müalicə etmək mümkündür:
“Analiz vasitəsilə araşdırılır, xəstəliyin papillomavirus və ya ət xalı olması
dəqiqləşdirildikdən sonra düzgün müalicəsi aparıla bilər”.
Həkim onu da bidirib ki, papillomavirus üçün xüsusi vaksinlər mövcuddur.
Ətraflı Baku TV-nin süjetində: