ETA terrorçu qruplaşması bütün strukturlarının buraxıldığını və fəaliyyətinin tamamilə dayandırıldığını elan edib.
ÇıxışYolu.Com “Dario” qəzetinə istinadən xəbər verir ki, bu barədə bask separatçılarının məktubunda deyilir.
Məktubda qeyd olunur ki, qəbul olunmuş qərar bask separatizminin tərəfdarları tərəfindən qəbul olunan strateji kursla əlaqədardır.
“Basklar ölkəsində yeni siyasi dönəmin başlaması naminə ETA 2010-cu ildə işə salınmış prosesi yekunlaşdırıb.”, – deyə məktubda qeyd olunur.
ETA terrorçu qruplaşması 31 iyul 1959-cu ildə yaradılıb. Fəaliyyəti ərzində 800-dən çox insan qruplaşmanın həyata keçirdiyi silahlı hücum və partlayışların qurbanı olub. 2011-ci ildə ETA İspaniyada müddətsiz və ümumilli barışıq elan edib.
ETA anuncia por carta que cierra con carácter definitivo “su ciclo histórico y función” https://t.co/sgkOHHVrja Una exclusiva de @Topocorleone pic.twitter.com/y8IKB5p0ck
— eldiario.es (@eldiarioes) 2 May 2018