b35ec166-a974-4087-80d5-62185a1f7de9..jpg

“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir – FOTO

Baxış sayı: 602 dəfə baxılıb.

“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir – FOTO

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları
Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı
ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və
aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji
əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə
tapşırıqlar icra ediləcək.
Oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin silahlı
qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin
edilməsidir.

Source link