0e3936b9-e11c-4169-b94f-a17f66a09a5d..jpg

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Baxış sayı: 542 dəfə baxılıb.

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq
alaraq ev inşa etdirirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev etibarnamə ilə torpaq alanları
diqqətli olmağa çağırıb.

O, bildirib ki, bu sənəd heç bir halda torpaq sahəsinin onu alan şəxsin
mülkiyyətinə keçməsini təsdiqləyə bilməz.

Ekspert bildirib ki, gələcəkdə etibarnamə ilə satılan torpaqlarla bağlı ciddi
problemlər yaşana bilər.

Elnur Fərzəliyevin sözlərinə görə, sərəncam üzərindən ikinci bir alqı-satqı
mexanizmi qurulmayıb ki, vətəndaş gedib bir sərəncamı digərinin adına keçirsin.

Belə torpaq sahələri özəlləşəndə birinci sahibinin adına özəlləşir.

O, əlavə edib ki, vətəndaşlar problemlə üzləşməmək üçün torpaq sahəsi alan
zaman sənədləşmə işləri ilə yanaşı, onun təyinatına da ciddi önəm verməlidirlər.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:


Source link