“ASAN xidmət”, Bank of Baku və “ASAN Radio” “Etik bələdçi” adlı yeni sosial layihəyə start verir.
ÇıxışYolu.Com-ın məlumatına görə, layihənin əsas məqsədi cəmiyyətdə etiket və nəzakət qaydalarının düzgün təbliğatını həyata keçirtməkdir.
Artıq layihə çərçivəsində salamlama, müraciət formaları, telefon etiketi, işgüzar görüş etiketi və sairə kimi mövzulara aid audio, video çarxlar hazırlanıb.
İlk çarxlarda aparıcılar Emin Musavi və Könül Arifqızıdır. Mövzuların təqdimatı zamanı müxtəlif aktyorların iştirakı da nəzərdə tutulub.