Ətin qiyməti bahalaşıb? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son günlər sosial şəbəkələrdə quzu ətinin bahalaşması ilə bağlı məlumatlar
yayılır. Ətin bir kiloqramının qiymətinin 20 manat olduğu bildirilib.
Bəs iddialar nə dərəcədə əsaslıdır? Ətin qiyməti bahalaşıbmı?
Satıcılar bildiriblər ki, ətin qiymətində heç bir dəyişiklik yoxdur. Qiymət
heyvanın çəkisindən asılıdır. Çəki az olduqda qiymət də yüksəlir. Bu baxımdan
bazarda nəinki kilosu 20 manata, hətta 22 manata olan quzu ətinə də rast gəlmək
mümkündür.
Lakin belə məhsullar geniş alıcı kütləsi üçün deyil. Onlar sifarişlə satılır.
İqtisadçı Xalid Kərimli hesab edir ki, tələbatın artması səbəbindən
bahalaşmanın olması normal haldır:
“Son dövrlər əhalinin sayında artım müşahidə olunur, eyni zamanda da quzu,
qoyun, keçi yetişdirilməsi sahəsində say artımı qeydə alınmır. Beləliklə,
əhalinin tələbatı artdıqca quzu, keçi ətinin qiymətinin yüksəlməsi paralel
şəkildə davam edir. Bahalaşmanın dayanması üçün ya qoyun, keçi yetişdirilməsi
çoxalmalıdır və yaxud xaricdən – Gürcüstün, İran, Dağıstandan qoyun ətinin
idxalı artmalıdır”.
Bir sözlə, bazarda hər qiymətə ətə rast gəlmək olar. Lakin bu heç də bahalaşma
demək deyil. Qiymətin dəyişməsi məhsulun həcmindən və ona olan tələbatdan
asılıdır.
Ətraflı Baku TV-nin süjetində: