ce2d688e-5634-4fea-b57f-19444e3c264f..jpg

Ətin qiyməti qalxmaqda davam edəcək? – VİDEO

Baxış sayı: 602 dəfə baxılıb.

Ətin qiyməti qalxmaqda davam edəcək? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il yaz mövsumündə ucuzlaşan ətin bu dəfə qiyməti enmir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda bazarlarda quzu əti 18-19 manata,
dana əti isə 14-15 manata təklif olunur.

Satıcılar deyirlər ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır,
mövsümi ucuzlaşma isə gözlənilmir.

Onların sözlərinə görə, bahalığın səbəblərindən biri də bazar alverçilərinin
fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən heyvanları birbaşa
satmaq, demək olar ki, mümkün deyil. Çünki alverçilər buna imkan vermirlər.
Onlar da aldıqları heyvana əlavə qiymət qoyurlar.

İqtisadçı Elman Sadıqov bildirib ki, Azərbaycanın idxaldan asılılığı artır.
Elə buna görə də, ətin qiymətinin mövsümi enməsi real görünmür.

Ekspertlər hesab edirlər ki, Azərbaycan ətə olan tələbatının 80-90 faizini
yerli istehsal hesabına ödəyə bilər. Bu zaman qiymətlərdə enmə daha çox
müşahidə edilə bilər.

Ətraflı süjetdə:


Source link