Etirazçılar Honkonqda nəqliyyat böhranı yaratdılar

Baxış sayı: 2. 322 dəfə baxılıb.

Etirazçılar Honkonqda nəqliyyat böhranı yaratdılar

Bazar ertəsı səhər minlərlə çinli yenidən Honkonq küçələrinə çıxıb.

RİA Novosti” yerli KİV-lərə istinadən xəbər verir ki, etiraz aksiyasında ümumilikdə 500 min insanın iştirakı gözlənilir.

Etirazçılar şəhərin mərkəzinə gedən yolları və tunelləri bağlayıblar kı, bu da nəqliyyat böhranı yaradıb. Aksiya Honkonq hava limanının işinə də mənfi təsir göstərib.

Nümayişçilərin tələbləri dəyişməz qalır: Çinlə ekstradisiya haqqında qanunda dəyişikliklərin ləğvi və aksiyalarda polislərin hərəkətlərinin araşdırılması.