Etirazçılar Mahaçqala hava limanından çıxarılıblar – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aksiya iştirakçıları Mahaçqala aerodromundan çıxarılıblar.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Mahaçqala aerodromu oraya icazəsiz daxil olan şəxslərdən təmizlənib. Hava
limanı noyabrın 6-sı saat 02:59-dək (ilkin olaraq) təyyarələr üçün bağlı
olacaq”, deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bazar günü axşam Federal Hava Nəqliyyatı Agentliyi naməlum
şəxslərin platformaya daxil olması səbəbindən Mahaçqala hava limanının gəliş və
uçuş reyslərinə xidmət göstərmək üçün müvəqqəti bağlandığını elan edib.
Öz növbəsində, Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların
keçirilməsinə dair çağırışlar edildikdən sonra Rusiya Daxili İşlər Nazirliyinin
Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidməti Rusiya
Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsi (kütləvi iğtişaşların təşkili)
ilə cinayət işinin başlanıldığını elan edib.
Mənbə: Gazeta.ru
00:19
“Dağıstan hakimiyyəti hava limanında vəziyyəti nəzarətdə saxlayır və
vətəndaşlardan Mahaçqala-Kaspiysk avtomobil yoluna çıxmamağı xahiş edir”.
Bu barədə Dağıstan Respublikası hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
“Mahaçqala hava limanında baş vermiş hadisə ilə əlaqədar respublika
sakinlərindən Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkətini
müvəqqəti məhdudlaşdırmağı xahiş edirik. Hava limanında vəziyyət nəzarət
altındadır, təhlükəsizlik xidmətləri hadisə yerində işləyir. Eyni zamanda, biz
respublika sakinlərini destruktiv qrupların təxribatlarına uymamağa və
cəmiyyətdə çaxnaşma yaratmamağa çağırırıq”, – deyə müraciətdə qeyd olunub.
Xatırladaq ki, bazar günü axşam Federal Hava Nəqliyyatı Agentliyi naməlum
şəxslərin platformaya daxil olması səbəbindən Mahaçqala hava limanının gəliş və
uçuş reyslərinə xidmət göstərmək üçün müvəqqəti bağlandığını elan edib.
Öz növbəsində, Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların
keçirilməsinə dair çağırışlar edildikdən sonra Rusiya Daxili İşlər Nazirliyinin
Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidməti Rusiya
Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsi (kütləvi iğtişaşların təşkili)
ilə cinayət işinin başlanıldığını elan edib.
Mənbə: “Interfax.ru”
00:09
Mahaçqala hakimiyyəti yerli hava limanı ərazisində kütləvi iğtişaşların
təşkili ilə bağlı ciddi problemlə üzləşib. İcazəsiz aksiyaların keçirilməsinə
dair çağırışlar edildikdən sonra hüquq-mühafizə orqanları bununla bağlı cinayət
işi açmaq qərarına gəliblər.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin (DİN) Şimali Qafqaz Federal
Dairəsi üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə,
hakimiyyət bu addımı Mahaçqala aeroportunun ərazisində icazəsiz aksiyaların
keçirilməsi ilə əlaqədar çağırışların sosial şəbəkələrdə yayılmasından sonra
atıb.
“Bu, hakimiyyətdə ciddi narahatlıq yaradıb və hüquq-mühafizə orqanlarının
diqqətini cəlb edib. Polis və Federal Təhlükəsizlik Xidməti (FTX) bu işi fəal
şəkildə araşdırmağa başlayıb. Müəyyən olunub ki, aksiyaların təşkilatçıları bir
qrup insanı hava limanı ərazisində iğtişaşlar törətmək üçün səfərbər etməyə
çağırışlar ediblər. Baş verə biləcək hadisələrin qarşısını almaq və
vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səlahiyyətli orqanlar dərhal
bütün lazımi tədbirləri görüb. İstintaq zamanı müəyyən olunub ki, aksiyanın
təşkilatçıları sosial şəbəkələr vasitəsilə mitinqin yeri və vaxtı barədə
məlumatlar yayıblar. Bu, internet istifadəçiləri arasında böyük rezonans
doğurub və hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. İndi polis və
FTX aksiyaların bütün iştirakçılarının, həmçinin təşkilatçılarının müəyyən
edilməsi üzərində işləyir”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, iğtişaşlarda iştirak edən bütün şəxslər qanun qarşısında cavab
verəcək, məsuliyyətə cəlb olunacaqlar.
Mahaçqala hakimiyyəti ictimai asayişi pozmaq və vətəndaşların təhlükəsizliyini
təhdid etmək cəhdlərinin qarşısını bundan sonra da almaq niyyətindədr.
Mənbə: “Newsland.com”
29.10.2023, 23:26
Mahaçqala hava limanı müvəqqəti bağlanıb.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bəyanat yayıb.
Agentliyinin bəyanatında deyilir ki, Mahaçqala hava limanı aerodroma icazəsiz
giriş səbəbindən bağlanıb. Təyyarələr alternativ aerodromlara yönləndirilir.
Mənbə: “Interfax”
22:48
Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.
“Telegram” kanallarında bu barədə yayılan videolardan aydın görünür ki,
İsraildən gələn təyyarəyə etiraz edən dağıstanlılar polis müdaxiləsinə
baxmayaraq, Mahaçqaladakı hava limanına daxil olublar.
Etirazçılar təyyarədəki yəhudilərin Dağıstana enməsinə imkan vermirlər və
İsrail əleyhinə şüarlar səsləndirirlər.
22:19
Yüzlərlə Dağıstan sakini İsraildən gələn təyyarənin enməli olduğu “Kaspiysk”
Hava Limanı yaxınlığında toplaşıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Rusiya Federasiyası Dağıstan Muxtar
Respublikasının hüquq-mühafizə orqanları hava limanına əlavə qüvvələr cəlb edir.
“İnsanlar əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” yazılan plakatlar
tuturlar”, – deyə “Teleqram”da yayılan məlumatda bildirilir.
Qeyd olunur ki, hava limanına toplaşmaq üçün təxribat xarakterli çağırışlar
yerli resurslar adı altında xarici ictimai səhifələr tərəfindən yayılıb.
Digər mənbədən verilən məlumata görə, toplaşanlar İsraildən gələn şəxsləri
müəyyən etmək üçün sərnişinlərin sənədlərini yoxlayırlar. İsraildən gələn
təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün hava limanına OMON
yerləşdiriləcək.
Qeyd olunur ki, Kaspiysk və Mahaçqala Daxili İşlər Nazirliyinin şöbələrində
gücləndirilmiş iş rejimi elan edilib.
Mənbə: ura.news