Hökumətin istefasını tələb edən etirazçılar Gürcüstanın paytaxtı Tbilisinin Rustavelli prospektində avtomobillərin hərəkətinə mane törədib.
ÇıxışYolu.Com xəbər verir ki, yolu açmağa çalışan polis ilə aksiya iştirakçıları arasında toqquşmalar baş verib.
Aksiyalar ötən ilin dekabrında öldürülən David Saralidze məktəblinin atası Zaza Saralidzenin təşkilatçılığı ilə keçirilir. Nümayiş zamanı müxalifət üzvlərindən heç biri tribunaya qalxmayıb.
Bununla paralel olaraq Saralidzenin yaxınları Vake parkında “siyasətçilərsiz ədalətin bərpa olunması” aksiyası keçirir. Onlara şəhər sakinləri dəstək verir.