Ətirli şamlar xəstəlik yaradır? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son vaxtlar evlərdə, bəzən isə ofislərdə ətirli şamlardan istifadə edilir.
Amma xoş ab-hava yaratmaq üçün yandırılan bu şamların insan orqanizminə mənfi
təsir etdiyi bildirilir.
Bəs mütəxəssislər bu barədə nə düşünürlər?
Həkim Abbas Bağırov məsələ ilə bağlı bildirib ki, ətirli şamların uzun müddət
istifadə olunması tənəffüs sistemində bir neçə xəstəliklərə yol açır:
“Əsasən bronxial astma yaradır, allergik proseslərin gedişatına təkan verir.
Həmçinin ürək-qan damar sistemi, dəri xəstəliklərinin yaranmasına, hətta
xərçəngə səbəb olur”.
Həkim həmçinin onu da qeyd edib ki, ətirli şamlar xüsusilə azyaşlılara mənfi
təsir göstərir.
Belə ki, yandıqdan sonra onların içərisindəki aromatik birləşmələr hava
qazları ilə kimyəvi reaksiyaya girir. Bu da uşaqların sonradan sağalmaz
xəstəliklərə tutulmasına səbəb ola bilər.
Daha ətraflı Baku TV-nin süjetində: