88f19ae0-c0ed-42c3-b3a6-31d70ec35c53..jpg

ETSN: “Muğanlı-İsmayıllı-Qəbələ yolunda torpaq sahəsinə və ağaclara dəyəcək zərər hesablanır”

Baxış sayı: 684 dəfə baxılıb.

ETSN: “Muğanlı-İsmayıllı-Qəbələ yolunda torpaq sahəsinə və ağaclara dəyəcək
zərər hesablanır”

“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması zamanı yaşayış
sahəsinə zərər dəyməyəcək”.

APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4
zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin
Qiymətləndirilməsi”nə dair hesabat tədbirində Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin layihələrin və ekoloji normativ sənədlərin ekspertizası şöbəsinin
müdiri Mübariz Əliyev deyib.

Onun sözlərinə görə, hazırda torpaq sahəsinə və ağaclara dəyəcək zərər
hesablanır:

“Bu zərərə görə, layihənin icrası çərçivəsində dövlətdən ayrılan vəsait
hesabına podratçı şirkət tərəfindən ödəniş təmin ediləcək. Məsələn,
İsmayıllının Talıstan meşəsində 1433, Qalıncaq meşəsində 2135, Şahdağ milli
parkı ərazisində 1795, Yenikənd meşəbəyiliyi ərazisində 544 ağac və digər
ərazilər də daxil olmaqla cəmi meşə fondu üzrə 4918, milli parklar üzrə 1820
ağacın kəsilməsi və ya köçürüləcəyi məlum olub. Bunlar hamısı qiymətləndirilib
hesablanacaq. Yekun rəydə göstəriləcək”.

Source link