e402fd1d-5802-4625-b6c9-ccda8dbacf67..jpg

ETX: Bir gün ərzində “WhatsApp”la bağlı 1000-dək müraciət daxil olub

Baxış sayı: 657 dəfə baxılıb.

ETX: Bir gün ərzində “WhatsApp”la bağlı 1000-dək müraciət daxil olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti
(ETX) bildirir ki, hazırda vətəndaşların “WhatsApp” hesablarının ələ
keçirilməsi halları müşahidə edilir. Quruma bununla bağlı son bir gün ərzində
1000-ə yaxın vətəndaş müraciəti daxil olub.

Cixisyolu.com ETX-ə isinadən xəbər verir ki, qurum tərəfindən məsələnin araşdırılması
məqsədilə “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə
danışıqlar aparılır. Araşdırma yekunlaşdıqda bu barədə ictimaiyyətə məlumat
təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud
hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə
funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli
keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə
paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.

Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya r
[email protected] e-poçt ünvanı
vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

Könül Cəfərli

Source link