74300348-0aad-4a9d-a328-6b15b3806bb6..jpg

ƏÜO-da “Mustafa Kamal Atatürk – 2023” təliminə hazırlıq məşqləri keçirilir – VİDEO

Baxış sayı: 478 dəfə baxılıb.

ƏÜO-da “Mustafa Kamal Atatürk – 2023” təliminə hazırlıq məşqləri keçirilir –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə
həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq
məşqləri davam edir.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi
dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın
döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.

İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya
vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə
təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş
uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə
mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.


Source link