“Euronews” Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb.
Cixisyolu.com-ın məlumatına görə, reportajda bildirilir ki, COP29 konfransı iqlim
diplomatiyasında dönüş nöqtəsi olacaq.
“Bakıda Olimpiya Stadionunun yanında 112 min m²-lik bir meydança yaradılıb və
burada iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm
məqsədləri müzakirə etmək üçün 40 mindən çox nümayəndə və dünya liderləri
toplanacaq. Azərbaycan COP29-un ev sahibi olmaqla iqlim dəyişikliyinə qarşı
mübarizəyə sadiqliyini nümayiş etdirir”, – süjetdə deyilir.
Burada, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılmış şərait,
nəqliyyatın intellektual idarə olunması tədbirləri və genişləndirilmiş
yerləşdirmə imkanları vurğulanır ki, bu da Azərbaycanın tədbiri keçirməyə
hazırlığını göstərir.
bağlı reportaj hazırlayıb
“Euronews” Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb