7f4f2c33-3d08-4fef-8c15-3df4645cb4f1..jpg

“Euronews” Azərbaycanda mina təhlükəsi haqqında süjet yayımladı: “Bu, böyük qlobal problemdir” – VİDEO

Baxış sayı: 416 dəfə baxılıb.

“Euronews” Azərbaycanda mina təhlükəsi haqqında süjet yayımladı: “Bu, böyük
qlobal problemdir” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq mina təhlükəsi məsələləri ilə bağlı maarifləndirilmə və
minatəmizləmə fəaliyyətinə yardım Günü Bakının Olimpiya Stadionunda amputantlar
arasında xeyriyyə futbol matçı ilə qeyd olunub. Oyunçuların əksəriyyəti
minalardan yaralanıb”.

Bu barədə “Euronews” telekanalının “YouTube” hesabında yayımlanan Azərbaycanda
və digər ölkələrdə mina təhlükəsinə həsr olunmuş süjetdə bildirilib.

“Bu gün biz minalara “yox” demək, insanları öz təhlükəsizlikləri üçün qadağan
olunmuş ərazilərə daxil olmamaları barədə xəbərdar etmək və minaların
təmizlənməsinin vacibliyini vurğulamaq üçün meydançaya çıxdıq”, – deyə aşağı
ətrafları amputasiya olunmuş futbolçu Sənan Hacıyev qeyd edib.

Afrika minalardan ən çox təsirlənən qitə olsa da, Avropa da ciddi şəkildə
minaların təsirinə məruz qalır. Hesablamalara görə, Azərbaycan, Bosniya və
Herseqovina və Ukrayna ərazisinin üçdə biri minalanıb.

Xeyriyyə təşkilatları qlobal səviyyədə daha aktiv fəaliyyətə çağırıb.

“Minalar böyük qlobal problemdir. Beynəlxalq ictimaiyyət əlbəttə ki, bu
problemə diqqət yetirməlidir və biz bununla mübarizə aparmalıyıq”, – deyə
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin
(ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Həmçinin daha əvvəl BMT-nin Baş katibi Antonio Quterreş də məsələ ilə bağlı
danışıb.

“Silahlı münaqişənin xaosu şəraitində yaşayan milyonlarla insan, xüsusən də
qadınlar və uşaqlar üçün atılan hər addım onları təhlükə qarşısında qoya bilər.
Hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra belə, münaqişələr çox vaxt
özündən sonra dəhşətli miras qoyur: minalar və partlayıcı sursatlar. Gəlin, bu
ölümcül cihazların tətbiqi ilə bağlı təhlükələrə son qoymaq üçün hərəkətə
keçək, icmaları onların yenidənqurulma prosesində dəstək olaq və insanların
təhlükəsizlik şəraitində geri qayıtmasına, həyatlarını yenidən qurmasına kömək
edək”, – deyə o qeyd edib.

Qiymətləndirmələrə görə, dünyanın 64 ölkəsində 10 milyona qədər mina
mövcuddur. Hər il 2-5 milyon yeni mina quraşdırılır.

Source link