“Euronews”: Dolma Azərbaycan mətbəxinin kraliçasıdır

“Euronews”: Dolma Azərbaycan mətbəxinin kraliçasıdır

Baxış sayı: 2. 331 dəfə baxılıb.

Azərbaycan mətbəxinin əsl kraliçası dolmadır. Bu yeməyə olan sevgi ölkənin bütün bölgələrini və millətlərini istisnasız birləşdirir. Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olub 

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan mətbəxinin kraliçası olan dolma haqqında “Euronews” telekanalının müxbiri Qalina Polonskaya danışıb:

“Dolma Azərbaycan mətbəxinin sütunlarından biridir. Ölkədə bu yeməyin 386 növü məlumdur. Dolmanın bükülməsi zərgərlik nümunəsidir”. 

“Ət, düyü, göyərti, soğan, üzüm yarpağı: Azərbaycan dolmasının uğurlu olmasının sirlərindən biri yerli, təbii, təzə məhsullardır”, – Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova deyib.

O, nənəsigildə dolmanın hazırlanmasını öyrənib. Şəxsi reseptini gələcək nəsillərə ötürmək burada ənənədir. 

Ceyran Əsgərova deyir:

“Prosesin çətin tərəfi ondan ibarətdir ki, dolma balaca olmalıdır, qəşənq bükülməlidir, dəyirmi olmalıdır, hazırlanma zamanı yarpaqlar dağılmamalıdır”. 

“Azərbaycan bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil”, – reportajda qeyd edilib.

www.ÇıxışYolu.Com